Çinin paytaxtı Pekində bu gün günorta saatlarında havanın temperaturu 40 dərəcəyə çatıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Pekində havanın temperaturunun rəsədxananın qurulduğu 1951-ci ildən bəri ilk dəfə iki gün ardıcıl olaraq 40 dərəcəni keçdiyi bildirilib.
Pekində son 9 ildə ilk dəfə olaraq yüksək hava istiliyinə görə xəbərdarlıq sistemində ən yüksək qırmızı siqnal verilib.
Manşet.az