Türkiyədə son 10 ildə lift qəzalarında 152 nəfər həyatını itirib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, lift dizaynları günü-gündən təkmilləşir.
Lakin lazımi texniki və təmir işlərinin və digər ehtiyat tədbirlərinin görülməməsi lift qəzalarına səbəb olur.
Liftə mindiyiniz zaman etiketin rəngi yaşıl və ya mavidirsə, təhlükəsiz minə bilərsiniz, lakin bu rənglər qırmızı və ya sarıdırsa, bu təhlükəlidir.
Lift qəzalarının təxminən 30%-i lifti quraşdıran və ya təmir edən personalın başına gəlir.
Təxminən 70%-i istifadəçilərin yaşadığı qəzalardır.
Manşet.az