Torpağa basdırılmış vəziyyətdə tapıldı

00:57 - 24 İyun 2023

Torpağa basdırılmış vəziyyətdə tapıldı

Türkiyədə torpağa basdırılmış çoxlu sayda sursat ələ keçirilib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, özəl bir şirkətə məxsus inşaat maşını ilə qazılan çuxurda sursat tapılıb.

Hadisə yerində aparılan araşdırmalar zamanı 10 ədəd 40 millimetrlik tüfəng qumbarası, bir əl qumbarası və 5 ədəd yarım trotil qəlibləri aşkar edilib.

Materiallar ərazidə nəzarətli şəkildə məhv edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az