Moskvada vəziyyət necədir? - OMON həyəcan siqnalı ilə ayağa qaldırıldı

08:45 - 24 İyun 2023

Moskvada vəziyyət necədir? - OMON həyəcan siqnalı ilə ayağa qaldırıldı

Rusiyanın paytaxtı Moskva şəhərində dövlət əhəmiyyətli obyektlərin mühafizəsi gücləndirilib.

Manset.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hüquq mühafizə orqanları xəbər verib. Həmçinin OMON və Rosqvardiya hissələri də gecə həyəcan siqnalı ilə qaldırılıb. Qeyd edək ki, bir qədər əvvəl yayılmış məlumatda “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yeni səsyazısı yayıldığı deyilirdi. Bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilir.

“Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”, - deyə səsyazısında qeyd olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az