Rusiya Prezidenti Vladimir Putin yaxın saatlarda xalqa müraciət edəcək.
Manset.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Müraciətin mövzusu hələlik açıqlanmır. Onun silahlı üsyan cəhdi ilə əlaqəsi istisna olunmur.