MFÖ qrupunun üzvlərindən biri, pop musiqisinin ustası Özkan Uğur 3 aydır reanimasiyada olduğu məlum olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Özkan Uğur reanimasiyaya yerləşdirilib.
Jurnalist Birsen Altuntaşın sözlərinə görə, 69 yaşlı ustad sənətkar cəbhəsindən kədərli xəbər gəldi. Son zamanlar sənət dünyasının anonim paylaşdığı “Ağ qan axtarırıq” anonsunun Özkan Uğur üçün istəndiyi ortaya çıxıb.
MFÖ qrupunun digər üzvü Fuat Güner yaxın dostunun vəziyyəti ilə bağlı açıqlama verib.
"Kimyaterapiya aldığı üçün böyrəkləri və ciyərləri çox çətin işləyir. Ağciyərlərindən su çəkilib, amma həkimlərindən aldığımız məlumata görə, 4-5 günə dostumdan şad xəbər alacağıq”-deyə Fuat Güner bildirib.
Qeyd edək ki, Özkan Uğur limfa xərçəngini 3 dəfə məğlub edərək səhnəyə qayıdıb.
Manşet.az