Kanada "Titan"la bağlı araşdırmaya başladı

10:54 - 24 İyun 2023

Kanada \"Titan\"la bağlı araşdırmaya başladı

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurası "Titan" sualtı qayığında baş vermiş insidentlə bağlı araşdırmaya başlayıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Şuranın saytında dərc olunub.

Qeyd olunub ki, məlumat toplamaq və hadisəni qiymətləndirmək üçün Sent Cons, Nyufaundlend və Labrador ştatlarına müstəntiqlər qrupu göndəriləcək.

Xatırladaq ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayıqda 5 nəfər var idi.

Onlar britaniyalı iş adamı 48 yaşlı Şahzada Davud və onun 19 yaşlı tələbə oğlu Süleyman Davud, 58 yaşlı britaniyalı səyyah Hamiş Hardinq, Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı 77 yaşlı Paul-Henri Nargeolet və "OceanGate Expeditions" şirkətinin baş direktoru 61 yaşlı Stoktan Raşdır. 

Onlar artıq ölmüş hesab edilirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az