"Rusiyanın zəifliyi və hakimiyyətin axmaqlığı göz qabağındadır" - Zelenski

14:16 - 24 İyun 2023

\"Rusiyanın zəifliyi və hakimiyyətin axmaqlığı göz qabağındadır\" - Zelenski

"Şər yolunu seçən hər kəs özünü məhv edir. İnsanları alçaldır və yüz minlərlə insanı müharibəyə atır, sonra da Moskva vilayətində özünün silahlandırdığı şəxslərdən qorunmaq üçün barrikada qurur".

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyadakı hərbi qiyam haqda danışarkən deyib.

"Rusiya öz zəifliyi və hakimiyyətinin axmaqlığını uzun müddət təbliğatla ört-basdır etdi. İndi isə artıq o qədər xaos var ki, heç bir yalanla bunu gizlədə bilməz. Rusiyanın zəifliyi göz qabağındadır. Geniş miqyaslı zəiflik. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, bir o qədər xaosla, ağrı və problemlərlə üzləşəcək”, - Zelenski vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az