Rusiyaya məxsus “Alliqator” (“Ka-52”) kəşfiyyat-hücum helikopteri Voronej səmasında “Vaqner” özəl hərbi şirkətinin zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb, ancaq xilas ola bilib.
Manset.az xəbər verir ki, helikopter “Strela” hava hücumundan müdafiə sistemi ilə vurulub. Ancaq havadan müdafiə sisteminin işləməsi sayəsində “Alliqator” raketdən yayına bilib.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Xatırladaq ki, bu gün gecə yarısından etibarən “Vaqner” Rusiya Silahlı Qüvvələrinə qarşı üsyan elan edib. ÖHŞ təsisçisi və rəhbəri Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılaraq hərbi məhkəmə qarşısına çıxarılmayana qədər silahlarını yerə qoymayacaqlarını bildirib.