Planetlərin 10%-də həyat olacaq - Todd Hovarddan açıqlama

19:49 - 24 İyun 2023

Planetlərin 10%-də həyat olacaq - Todd Hovarddan açıqlama

Starfield kainatı və oyunun gedişatı haqqında açıqlamalar verib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Todd Howard, fərqli planetlərin fərqli məqsədlərə xidmət etdiyini ifadə edib.

Bethesda-nın baş prodüseri Howard verdiyi açıqlamada deyib:

“ Starfilddə 1000 planet var, lakin onların yalnız 10%-də həyat olacaq. Bəzi planetlər inkişaf etmiş sivilizasiyalara sahib olacaq, bəziləri isə ibtidai həyat formaları ilə qarşılaşacaq. Planetlərdə istifadə etmək üçün heç bir quru nəqliyyat vasitəsi olmayacaq və Jetpack ilə istənilən yerə tez gedə bilərsiniz. Ancaq burada əlavə mötərizə açmaq lazımdır, sonradan gələ biləcək modlar və ya əlavə paketlərlə yerüstü nəqliyyat vasitələri oyuna əlavə olunacaq”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az