Qızıl külçələr, saxta pasportlar və ... - Priqojinin ofisindən ŞOK GÖRÜNTÜLƏR

09:05 - 25 İyun 2023

Qızıl külçələr, saxta pasportlar və ... - Priqojinin ofisindən ŞOK GÖRÜNTÜLƏR

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu iddia edilən ofisində axtarışlar zamanı qızıl külçələr, ağ toz və tapançalar aşkar edilib.

Manset.az-ın məlumatına görə, axtarışlar Sankt-Peterburqdakı Trezzini hotelinin ofis binalarında aparılıb.

Bildirilir ki, ofislərdən birində içərisində valyuta olan çantalar tapılıb.

Əməliyyatçılar, həmçinin oradan beş kiloqram qızıl külçə, altı qablaşdırılmış tapança və beş paket ağ toz aşkar ediblər.

Hotelin binasında müxtəlif adlarla Priqojinə aid 4 pasport da tapılıb. (Musavat.com)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az