Priqojinin son mesajına belə reaksiya verdilər - FOTO

10:02 - 26 İyun 2023

Priqojinin son mesajına belə reaksiya verdilər - FOTO

"Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin iyunun 24-də saat 20:25-də yerləşdirilən statusu ilk saat ərzində 4 milyondan çox, ümumilikdə 8 milyon insan tərəfindən görülüb.

 

Manset.az musavat.com-a istinadən bildirir ki, Rusiya əhalisi onun çıxışına özünəməxsus məsxərə ilə reaksiya verib.

Əksər oxucular həmin statusa kloun emojisi qoymaqla reaksiya göstərib. Daha 107 000 nəfər baş barmağını aşağı, 101 000 nəfər isə yuxarı göstərib.

Qeyd edək ki, ötən gecə Yevgeni Priqojin Rostovdan ayrılıb. O vaxtdan bəri onun harada olduğu bilinmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az