Ukrayna bu ölkədən gəmi əleyhinə raket sistemləri ala bilər

18:10 - 28 İyun 2023

Ukrayna bu ölkədən gəmi əleyhinə raket sistemləri ala bilər

Ukrayna Polşa ilə dəniz və quru hədəflərini vura bilən gəmi əleyhinə kompleksin elementlərinin alınması ilə bağlı danışıqlar aparır.

 

Manset.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna həm öz hesabına, həm də Avropa İttifaqının (Aİ) ayırdığı vəsait hesabına sistemlərin alınması imkanını nəzərdən keçirir.

NDR sistemi Norveçin “Kongsberg” şirkətinin istehsalı olan NSM (Naval Strike Missile) raketləri ilə təchiz edilib. Bu raketlər 200 km-dən çox məsafədə yerləşən gəmiləri və yerüstü hədəfləri vura bilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az