Qaxda 39 yaşlı kişini maşın vurdu

15:54 - 29 İyun 2023

Qaxda 39 yaşlı kişini maşın vurdu

Qaxda 39 yaşlı kişini avtomobil vurub.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax - Zaqatala avtomobil yolunun  rayonun Süskənd kənd ərazisindən keçən hissəsində baş verib.

İbadət Nagıyev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Elnur Məhyəddinovu vurub.

Hadisə zamanı piyada E.Məhyəddinov aldığı ağır bədən xəsarətləri ilə Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az