Qaxda 39 yaşlı kişini avtomobil vurub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax - Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisindən keçən hissəsində baş verib.
İbadət Nagıyev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Elnur Məhyəddinovu vurub.
Hadisə zamanı piyada E.Məhyəddinov aldığı ağır bədən xəsarətləri ilə Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib
Faktla bağlı araşdırma aparılır.