NATO üçün əsas prioritet AÇIQLANDI

21:44 - 29 İyun 2023

NATO üçün əsas prioritet AÇIQLANDI

“NATO iyulda Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya dəstək üçün “həlledici siqnal” göndərəcək. Lakin hazırda Alyans üçün prioritet Ukraynaya müharibədə qalib gəlməyə kömək etməkdir”.

 

Bu barədə Manset.az  NATO-nun baş katibi Yens Stoltenberqin Brüsseldə Avropa İttifaqı liderlərinin görüşü başlamazdan əvvəl verdiyi bəyanata istinadən xəbər verir.

Baş katib vurğulayıb ki, bütün NATO müttəfiqləri Ukraynanın Alyansa qoşulmaq istəyini dəstəkləyir. Stoltenberq onu da əlavə edib ki, qoşulmaq üçün rəsmi dəvətin vaxtı gələndə Rusiya deyil, Ukrayna və müttəfiqlər qərar verəcək:

“NATO sammitində biz Ukraynanın üzvlük istəklərini müzakirə edəcəyik və mən tam əminəm ki, NATO müttəfiqləri Ukraynaya güclü dəstək siqnalı göndərəcəklər. Ən vacib, təxirəsalınmaz vəzifə Ukraynanı dəstəkləməyə davam etmək və onun Avropada suveren müstəqil dövlət kimi qələbəsini təmin etməkdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az