Priqojinin media şəbəkəsi fəaliyyətini dayandırıb

22:17 - 30 İyun 2023

Priqojinin media şəbəkəsi fəaliyyətini dayandırıb

“Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin media şəbəkəsi ləğv edilib.

 

Manset.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

Bildirilir ki, onun nəzarətində olan “Patriot” media qrupu bağlanıb. Holdinqin bütün əməkdaşları işdən çıxarılma mərhələsindədirlər və müvafiq bildirişlər alıblar.

“Patriot” media qrupuna daxil olan “RİA FAN”, “Nevskiye Novosti” və “Ekonomika seqodnya” nəşrləri rəsmi olaraq bağlandıqlarını elan ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az