Bu ölkə ABŞ-dən 25 ədəd “F-35” təyyarəsi alacaq

13:21 - 02 İyul 2023

Bu ölkə ABŞ-dən 25 ədəd “F-35” təyyarəsi alacaq

İsrail ABŞ-dan daha 25 ədəd “F-35” təyyarəsi alacaq və bu təyyarələrdən üçüncü eskadronu formalaşdıracaq.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müqavilənin dəyəri 3 milyard dollardır.

“Lockheed Martin” tərəfindən istehsal olunacaq əlavə 25 təyyarə ilə İsrail Hərbi Hava Qüvvələrindəki “F-35”lərin sayı 75-ə çatacaq. Müqavilə ABŞ-ın İsrailin müdafiəsinə ayırdığı yardım hesabına maliyyələşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az