44 milyard dollara aldığı Twitter-də bir çox dəyişiklik edən Elon Musk son zamanlar istifadəçilərin gündə neçə tvit görə biləcəyini məhdudlaşdırıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, 8 dollarlıq “mavi nişan” qiymətini ödəyənlərə əvvəlcə 6000 baxış, digər üzvlərə isə 600 baxış verən Musk, reaksiyalardan sonra tədricən 8000 və nəhayət 1000-ə yüksəldib.
Tətbiqdə üzv olmayanlar artıq heç bir tvit görə bilməyəcək, yeni hesablar isə yalnız 500 mesajı oxuya biləcək.
Manşet.az