2023-cü il sentyabrın 10-da Rusiyada keçirilməsi planlaşdırılan parlament, qubernatorluq və 20 regional parlament seçkilərində Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojya vilayətlərinin də iştirak edəcəyi bildirilib.
Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova ilə görüşüb. Görüş zamanı 2023-cü il sentyabrın 10-na təyin edilmiş parlament, qubernatorluq və 20 regional parlament seçkiləri müzakirə edilib.
Bu barədə Manset.az Rusiya mətbuatına istinadən xəbər verir.
Rusiya MSK sədri Pamfilova deyib ki, “Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərinin rəhbərləri bu seçkilərə ehtiyacın yarandığını bildirərək bizə gəliblər. Biz qanuna uyğun olaraq FSB və Müdafiə Nazirliyi ilə bütün lazımi məsləhətləşmələri aparmışıq. Biz bunu diqqətlə müzakirə etdik, bütün müsbət və mənfi cəhətləri ölçüb-biçdik və onların təşəbbüsünü, seçim etmək istəklərini dəstəkləmək üçün belə ciddi məsuliyyət götürdük”.
Ukrayna hələ ki, dörd bölgənin bu seçkilərdə iştirakı ilə bağlı qərarla bağlı açıqlama verməyib. Bununla belə, Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə bəyan edib ki, Rusiya bu bölgələrdən çıxmadan sülh mümkün deyil.
Jalə
Manşet.az