ABŞ Aerokosmik Agentliyinin (NASA) Marsdakı "Perseverance" gəmisində olan "İngenuity" mini helikopteri 63 günlük sükutdan sonra NASA ilə əlaqə saxlayıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Perseverance-in həftələrlə çatacağı yerləri araşdırmaq üçün uçuşlar həyata keçirən “İngenuity” adlı mini helikopter, aprelin 26-da 52-ci uçuşunu həyata keçirərkən, 28 iyunda missiyaya nəzarət qrupundan ayrılıb.
Başqa bir planetin ilk təyyarəsi olan İngenuity-nin təhlükəsiz eniş edib-etmədiyi hələ təsdiqlənməsə də, hələ də fəaliyyət göstərdiyi və harada olduğu açıqlanıb.
İngenuity-nin NASA ilə bütün əlaqəsinin Perseverance vasitəsilə təmin edildiyi və iki vasitənin arasına girən bir təpə səbəbiylə əlaqənin kəsiləcəyi təxmin edildiyi ifadə edilib.
Manşet.az