Texas polisi Hyustonda kilsənin qarşısında huşsuz vəziyyətdə görünən bir adam barədə xəbərdən sonra hadisə yerində araşdırma aparıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, şəxsiyyəti müəyyənləşdirən polis bu şəxsin 8 il əvvəl 17 yaşında yoxa çıxan Farias olduğunu müəyyən edib.
Texas axtarış-xilasetmə qruplarının bildirdiyinə görə, ailəsi Fariasın itdiyi zaman ona depressiya diaqnozu qoyulduğunu və yolunu azmış ola biləcəyini bildirmişdi.
Manşet.az