Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şri-Lanka Prezidenti Ranil Vikremesinqe arasında telefon danışığı olub.
Manset.az xəbər verir ki, bu barədə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyi məlumat yayıb.
Məlumata görə, Şri-Lanka Prezidenti Vikremesinqhe yenidən prezident seçilən Ərdoğana təbriklərini çatdırıb.
Görüşdə Türkiyə ilə Şri-Lanka arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümü ilə əlaqədar qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.
Jalə
Manşet.az