Mərkəzi Afrika Respublikasının (OAC) qərb hissəsindəki Nana-Mambere əyalətində üsyançıların hücumu nəticəsində 6 nəfər həlak olub.
Manset.az-ın xarici mətbuata istinadən məlumatına görə, Dəyişiklik naminə Vətənpərvərlər Koalisiyası (CPC) adlı üsyançı qrupun üzvləri Nana-Mamberenin Ndiba-Molle kəndinə hücum ediblər.
Hücumda 2 mülki vətəndaş və 4 əsgər həyatını itirib.
Hazırda OAC-də 20-dən çox silahlı qrup var, ordunun müdaxiləsinə baxmayaraq toqquşmalar davam edir.
Qeyd edək ki, 2013-cü ildən bəri ölkədə davam edən zorakılıqlarda əksəriyyəti müsəlman olan minlərlə insan həlak olub.
Jalə
Manşet.az