İspaniya hökuməti COVID-19 pandemiyasının bitdiyini elan edərək apteklərdə, eləcə də sağlamlıq mərkəzlərində maskaların məcburi istifadəsinin ləğv edildiyini açıqlayıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya müəyyən ərazilərdə maska tələbini tədricən yumşaldıb.
İcra hakimiyyəti ahıllar və əlillər üçün sağlamlıq mərkəzlərində və yaşayış massivlərində tənəffüs yollarının infeksiyası əlamətləri aşkar edildikdə maskalardan istifadənin davam etdirilməsini isə tövsiyə edib
Ölkədəki sağlamlıq və qayğı mərkəzləri ilə yanaşı, apteklərdə də maskalar məcburi idi. Paylaşılan son məlumatlara görə, İspaniyada 13 milyon 914 min 811 nəfər COVID-19-a yoluxub. Onlardan 13 milyon 762 min 417 nəfəri xəstəlikdən xilas olarkən, 121 min 760 nəfər dünyasını dəyişib.
Jalə
Manşet.az