Ukraynadan İrana qadağa....

23:15 - 04 İyul 2023

Ukraynadan İrana qadağa....

Ukraynanın “Ukrjeldoroqa” dəmir yolu şirkəti kənd təsərrüfatı mallarının Macarıstana və bütün malların İrana daşınmasına qadağa qoyub.

 

Manset.az “report”a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkətin saytında “Daşımada müvəqqəti məhdudiyyətlər” bölməsində qeyd edilib kimi, ZAO MMV (MMV Magyar Maganvasut Zrt.) daşıyıcısı üçün buğda, meslin, qarğıdalı, günəbaxan və raps toxumlarının Macarıstana daşınması məhdudlaşdırılıb. Məhdudiyyət iyunun 30-dan sentyabrın 16-dək keçərlidir.
Bundan əlavə, iyunun 29-dan ləğv edilənə qədər İrana bütün yüklərin daşınmasına qadağa qoyulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az