NASA dünyanın sonu olacaq tarixi AÇIQLADI

09:55 - 05 İyul 2023

NASA dünyanın sonu olacaq tarixi AÇIQLADI

NASA-nın araşdırması yenidən gündəmə gəlib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma çərçivəsində dünyanın sonunun necə və nə vaxt gələcəyi ilə bağlı təfərrüatlar yer alıb.

NASA, dünyanın sonunun günəşdə artan radiasiyadan gələcəyini açıqlayıb.

Araşdırma aparan alimlərin fikrincə, bunun baş verməsinə hələ çox vaxt var. Araşdırmada yaradılan modellərə görə, düz 1 milyard il sonra, tarixlər 1.000.002.021-i göstərdikdə, dünyada oksigen miqdarı yaşanmaz səviyyəyə düşəcək.

Araşdırmanın nəticəsini göstərən məqaləyə görə, bu proses bu gün də davam edir və yer günəş şüaları hesabına hər gün oksigenlə doyur. Ancaq bu proses bir qədər yavaş gedir və insanlar bunu hiss etmir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az