Ermənistanın hərbi yardım xahişi rədd edildi

12:28 - 05 İyul 2023

Ermənistanın hərbi yardım xahişi rədd edildi

Avropa İttifaqı (Aİ) tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan Ermənistana hərbi yardım göstərməkdən imtina edib.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, o, Varşavada Polşa prezidenti Anjey Duda ilə görüşəndə ​imtina cavabı alıb. O, Dudaya bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnikanın alınmasına kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib.

“Bu mexanizm vasitəsilə Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Ermənistanın tələbi Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik səyləri göstərməsi, həmçinin “münaqişənin həssaslığı” əsas gətirilərək, rədd edilib”, - deyə Simonyan bildirib.

“Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - deyə Ermənistan parlamentinin sədri əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az