ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS), vətəndaşlıq almaq üçün ərizəçilərin keçdiyi test imtahanında dəyişiklik etməyi planlayır.
Manset.az xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd edilib ki, ABŞ vətəndaşlıq imtahanlarının 15 ildən sonra gələn il yenilənəcəyi açıqlanıb.
USCIS tərəfindən təklif edilən düzəlişlə, danışıq testi iştirakçılardan gündəlik həyatın fotoşəkillərini göstərməklə ingilis dilində onu təsvir etmələrini tələb edəcək.
O, bu kontekstdə ediləcək yeniləmənin ictimaiyyətdən rəy almaq üçün bu il ölkə daxilində sınaqdan keçiriləcəyini bildirib.
İmtahanda ediləcək digər dəyişiklik isə vətəndaşlıq bölməsində şifahi sualların çox seçimli yazılı imtahan kimi tətbiqi olacaq.
Jalə
Manşet.az