Mark Zukerberq 11 ildən sonra ilk dəfə Twitter-də paylaşım edib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Meta-nın baş direktoru Zukerberq Threads yayımlandıqdan sonra Twitter-də "bir-birinə işarə edən iki hörümçək adam" fotosu paylaşıb.
Bu foto sosial mediada oxşar şeyləri və vəziyyətləri təsvir etmək üçün istifadə olunur.
Mark Zukerberq Threads-in Twitter ilə oxşarlığına işarə etdiyi bəlli olub.
Qeyd edək ki, Zukerberq Twitter-də sonuncu yazısını 18 yanvar 2012-ci ildə edib.
Manşet.az