Rusiya Ukraynaya hücumlarını davam etdirir
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusunun Ukraynanın qərbindəki Lvov şəhərindəki binaları hədəf alması nəticəsində 4 nəfər ölüb, 32 nəfər yaralanıb.
Xilasetmə qruplarının işlərinin davam etdiyi bildirilib.
Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından paylaşım edərək hücumlara münasibət bildirib.
Hücumların yaratdığı dağıntıların görüntülərini paylaşan Zelenski, “ Rusiya terrorçularının gecə hücumunun nəticələri, düşmənə mütləq sərt cavab veriləcək” deyə bildirib.
Manşet.az