Fransa məhkəməsi yeniyetməni güllələyən polis barədə qərar verdi

15:07 - 06 İyul 2023

Fransa məhkəməsi yeniyetməni güllələyən polis barədə qərar verdi

Fransanın Apellyasiya Məhkəməsi yol patrulunun tələblərinə əməl etməyən yeniyetməni güllələyən polis məmurunun həbsinə dair qərarı qüvvədə saxlayıb.

 

Manset.az xəbər verir ki, videobağlantı vasitəsilə keçirilən məhkəmədə polis əməkdaşının həbsxana kamerasından azadlığa buraxılması məsələsinə baxılırdı.

Xatırladaq ki, iyunun 27-də yol polisinin əmrinə tabe olmaqdan imtina edən 17 yaşlı sürücü qətlə yetirilmişdi. Əlcəzairli yeniyetməni xidməti silahla vuran polis nəzarətə götürülmüş, hadisə bütün ölkədə iğtişaşlara səbəb olmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az