ABŞ-dan Rusiyaya mesaj: Müqaviləni uzadın

18:34 - 06 İyul 2023

ABŞ-dan Rusiyaya mesaj: Müqaviləni uzadın

ABŞ Rusiyanı Qara Dəniz Taxıl Dəhlizi Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə və sazişin müddətini uzatmağa çağırıb.


Manset.az Xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti bu çağırışı sosial media hesabında videomüraciətlə paylaşıb. 

"Qara Dəniz Taxıl Dəhlizi Sazişinin kobud şəkildə pozulması olan bu hərəkət milyonlarla ehtiyacı olan insanı ərzaq qıtlığı riski ilə üz-üzə qoyur"-  mesajda deyilib.

Həmçinin mesajda Rusiyanın müqavilə üzrə öhdəliklərini yerinə yetirməli və müddətini uzatmalı olduğu vurğulanıb.

Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq. Rusiya rəsmiləri sazişin uzadılması üçün heç bir imkan görmədiklərini bildiriblər.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi iyulun 4-də verdiyi açıqlamada, “2022-ci ilin sentyabrından bu yana ehtiyacı olan ölkələrə bağışlanması planlaşdırılan 262 min ton rus gübrəsinin yalnız iki partiyası göndərilib. Malaviyə 20 min ton, Keniyaya isə 34 min ton gübrə göndərilib. BMT bu məsələlərə susur. Qərbdə xəbər verilir ki, Rusiyaya qarşı hətta qida və gübrəyə qarşı sanksiyalar belə yumşala bilməz. Bu şəraitdə iyulun 17-də başa çatacaq müqavilənin davam etdirilməsi üçün heç bir əsas yoxdur”-  sözlərini işlətmişdi.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az