Bu ölkədə hər doğulan uşağa 10 min avro ödəniləcək

09:47 - 07 İyul 2023

Bu ölkədə hər doğulan uşağa 10 min avro ödəniləcək

Almaniya Xristian Demokrat İttifaqı (XDİ) hər uşaq üçün 10 min avro ödəməyi planlaşdırdığını açıqlayıb.

 

Manset.az Haberglobal-a istinadən xəbər verir ki, XDİ Almaniyada doğum səviyyəsinin aşağı düşməsi və ailələr üçün uşaq böyütmək xərcləri ilə bağlı narahatlıqları nəzərə alaraq yeni plan hazırlayıb.

Plana uyğun olaraq doğulan hər uşağa görə 10 min avro birbaşa ödəniş şəklində veriləcək və bu ödəniş ailənin gəlirindən asılı olmayacaq.

XDİ hesab edir ki, bu ödəniş ailələrin uşaq sahibi olmağa qərar verməsini asanlaşdıracaq və uşaqların qayğılarıyla bağlı  xərclərini azaldacaq.

Bu dəstək ailələrə uşaqları üçün daha yaxşı gələcək təmin etmək və doğum nisbətini artırmaqla əhalinin qocalmasının qarşısını almaq məqsədi daşıyır.

Bununla belə, planın maliyyələşdirilməsi və həyata keçirilməsi ilə bağlı bəzi suallar var. Xristian Demokratk İttifaqı bu planı maliyyələşdirmək üçün büdcədə bəzi azalmalar etməyi planlaşdırır.

 

 Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az