ABŞ Hərbi Dəniz Qüvvələri İranın Basra körfəzində ticarət gəmisini ələ keçirdiyini açıqlayıb.
Manset.az “Haber Global”-a istinadla bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada İran İnqilab Keşikçiləri Korpusunun İran körfəzində bir ticarət gəmisini zorla ələ keçirdiyi bildirilir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin vəziyyəti izlədiyini və ələ keçirməyə müdaxilə etməmək qərarına gəldiyini bildirən Hərbi Dəniz Qüvvələrinn 5-ci Donanmasının sözçüsü Tim Hawkings ABŞ qüvvələrinin prosesi izlədiklərini və Yaxın Şərqdə qanuni dəniz nəqliyyatı hüququnu qorumağa hazır olduğunu qeyd edib.
Sözügedən gəminin qəza çağırışı etmədiyi diqqətə çatdırılıb və böyük ehtimalla qaçaqmalçılıq iddialarının doğru olduğu təxmin edilib.
Manşet.az