ABŞ-dan etiraz - İran ticarət gəmisini ələ keçirdi

10:09 - 07 İyul 2023

ABŞ-dan etiraz - İran ticarət gəmisini ələ keçirdi

ABŞ Hərbi Dəniz Qüvvələri İranın Basra körfəzində  ticarət gəmisini ələ keçirdiyini açıqlayıb.

Manset.az “Haber Global”-a  istinadla bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada İran İnqilab Keşikçiləri Korpusunun İran körfəzində bir ticarət gəmisini zorla ələ keçirdiyi bildirilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin vəziyyəti izlədiyini və ələ keçirməyə müdaxilə etməmək qərarına gəldiyini bildirən Hərbi Dəniz Qüvvələrinn 5-ci Donanmasının sözçüsü Tim Hawkings ABŞ qüvvələrinin prosesi izlədiklərini və Yaxın Şərqdə  qanuni dəniz nəqliyyatı hüququnu qorumağa hazır olduğunu qeyd edib.

Sözügedən gəminin qəza çağırışı etmədiyi diqqətə çatdırılıb və böyük ehtimalla qaçaqmalçılıq iddialarının doğru olduğu təxmin edilib.​

 

 Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az