Türkiyə yarım ildə 800-ə yaxın terrorçu zərərsizləşdirdi

10:56 - 07 İyul 2023

Türkiyə yarım ildə 800-ə yaxın terrorçu zərərsizləşdirdi

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) 2023-cü il yanvarın 1-dən indiyədək terrorla mübarizə çərçivəsində 19-u irimiqyaslı olmaqla, 320 əməliyyat keçirildiyini, 794 terrorçu zərərsizləşdirildiyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadla bildirir ki, Nazirlikdə keçirilən mətbuat konfransında Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müşaviri, polkovnik Zeki Aktürk Türkiyə Silahlı Qüvvələrinin PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizəsinin qətiyyətlə davam etdirdiyini vurğulayaraq bildirib:

"2023-cü il yanvarın 1-dən etibarən İraq və Suriyanın şimalında 19 iri və 301 orta miqyaslı 320 əməliyyat keçirilib, 21-i son bir həftədə olmaqla 794 terrorçu zərərsizləşdirilib. 24 iyul 2015-ci ildən bu günə qədər isə  İraq və Suriyanın şimalı da daxil olmaqla 38137 terrorçu zərərsizləşdirilib.”

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az