Ötən gün “Meta”nın yeni sosial media platforması “Threads” artıq istifadəyə verilib.
Manset.az xəbər verir ki, artıq 100-dən çox ölkədə bu platformadan istifadə olunmağa başlayıb. İstifadəçilər arasında tanınmış dünya ulduzlar da var.
Bunlardan biri də müğənni Şakiradır. O platformadan istifadə edən ilk məşhur sima olub. Daha sonra siyahıda Cennifer Lopez, Castin Biber və başqaları yer alıblar.
Türkiyədə isə “Threads”ə qoşulan tanınmışlar arasında Hadise, Ezgi Mola, Sertab Erener, Pınar Altuğ, Gülben Ergen, Seda Bakan, Ebru Gündeş, Emel Çölgeçen, Reynmen, Hande Erçel, Can Yılmaz, Hande Yener, Kerem Bürsin, Mert Fırat, Mert Yazıcıoğlu, Simge Sağın var.
Xatırladaq ki, Threads”də ilk 4 saat ərzində 5 milyondan çox istifadəçi hesab açıb.
