Saç baxımı ilə daha canlı və parlaq görünüş əldə etmək mümkündür. Güclü, dolğun, sağlam saçlara sahib olmaq da zərif cinsin nümayəndələrinin eləcə də, əks cinslərin baxım meyarları arasında əsas olduğunu düşünsək, zənnimizcə, yanılmarıq. Amma razılaşmaq olar ki, saçlarımıza nə qədər qulluq etsək də, faydalı olacağını düşündüyünüz bəzi davranışlar da saçın keyfiyyətinin pisləşməsinə və tökülməsinə səbəb ola bilər.
Manset.az saytı olaraq, bu dəfə sizə saçlara qulluq sırasında etdiyi yanlış qulluğun saçlarının tökülməsinə gətirib çıxardığı səbəbləri maariflənməyiniz üçün təqdim edəcəyik.

Saç tökülməsinin əsas səbəblərindən biri də fen vərdişidir. Forma verərkən tətbiq olunan gel, sprey və başqa kimyəvi maddələr zamanla saçlara zərər verə bilər. Boyanma prosesinin saçın keyfiyyətinə də mənfi təsir göstərdiyi sübut edilib.
Saç kemindən istifadə etmək

Quru saçları olanlar duşda mütləq saç kremindən istifadə etməlidirlər. Saç kremi saçdakı artıq suyu saçda saxlanmasının qarşısını alır və gün boyu daha yumşaq saxlayır.
Saçın elektriklənməsinin qarşısını almaq üçün pambıq dəsmaldan istifadə
Yaş saçları qurulayarkən elektriklənmənin qarşısını almaq üçün pambıq dəsmal və ya köynəkdən istifadə etmək lazımdır Yumşaq hərəkətlərlə qurumağa diqqət edin.
Nəmləndiricidən istifadə etməyi unutmayın
Saç nəmləndiricisini yalnız duşda deyil, həm də qurutmadan əvvəl tətbiq edin. Bu, saçlarınızı istinin zərərli təsirlərindən qoruyur və dolaşıqlığın qarşısını alır.
Saçları hamamda qurutmaq

İnsanların yol verdiyi nöqsanlardan biri də hamamda saçlarını qurutmaqlarıdır.
Demək olar ki, hər kəs duş qəbul etdikdən sonra hamamda saçını qurudur. Ancaq hamamın rütubətli havası saçların kifayət qədər qurudulmamasına və daha uzun müddət elektrik enerjisindən istifadə etməsinə səbəb olur. Bu səbəbdən qurutma prosesi başqa otaqda aparılmalıdır.
Saçları qurudarkən fenin yüksək hərarətindən istifadə etməyin
Saç qurudan feni yüksək istiliyə qoymayın. Bu həm baş dərisinin zədələnməsinə, həm də saçın zəifləməsinə səbəb olacaq
Saçlarınıız qurutmaq üçün dar ucluqlu fendən istfadə edin Bu, saçlarınızın dolaşıqlaşmasının qarşısını almaqla yanaşı, daha həcmli görünməsinə kömək edəcək.
Fenin mütəmadi təmizlənməsi
Saç qurutma cihazının təmizlənməməsi onun səmərəli işləməsinə mənfi təsir göstərir. Maşını çirkli saxlamaq çirkli havanın saçınıza üfürülməsinə səbəb olac
Manşet.az