Almaniyada uşaqları və ya hamilə qadınları olan avtomobillərə siqaret çəkməyə qadağa qoyulması planlaşdırılır.
Bu barədə Manset.az Xarici KİV-ə istinadən xəbər verir.
Almaniya Səhiyyə Naziri Karl Lauterbach, Twitter hesabından etdiyi şərhdə, cəmiyyətdə uşaqların və hamilə qadınların daha çox qorunmasına ehtiyac olduğunu ifadə edərək, avtomobil sürərkən uşaq və hamilə qadınların olduğu zaman siqaret qadağasının tətbiq edilməsinin zəruri olduğunu ifadə edib.
Bu tətbiqin daha əvvəl qüvvəyə minməsi lazım olduğunu qeyd edən Lauterbach, "(Siqaret səbəbiylə) xüsusilə kiçik uşaqlarda və hamilə qadınlarda qalıcı ziyan meydana gəlir" deyib.
Digər tərəfdən Almaniya Səhiyyə Nazirliyi də uşaq və hamilə qadınların olduğu avtomobillərdə siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.
Layihə digər nazirliklərlə məsləhətləşdikdən sonra Nazirlər Şurasında müzakirəyə çıxarılacaq.
Əvvəllər bir çox əyalət hökumətləri qadağanın tətbiqi təşəbbüsü ilə çıxış etmiş və avtomobillərə qoyulan qadağanı pozduğuna görə 3000 avroya qədər cərimə tələb edilib.
Jalə
Manşet.az