Vulkan püskürməsində ölənlərlə bağlı məhkəmə - Tur şirkətləri hakim qarşısına çıxır

19:00 - 07 İyul 2023

Vulkan püskürməsində ölənlərlə bağlı məhkəmə - Tur şirkətləri hakim qarşısına çıxır

Yeni Zelandiyada turizm şirkətləri vulkan püskürməsi nəticəsində ölənlərə görə məsuliyyət daşıdıqlarını etiraf dib.

 

Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.

Vertolyot tur şirkətləri Volcanic Air, Kahu NZ və Aerius gələn həftə 6 digər təşkilat və şəxslə birlikdə Oklend Rayon Məhkəməsində mühakimə olunacaq.

Prosesdə hakim qarşısına çıxan 3 şirkət nümayəndəsi 22 turistin öldüyü hadisədə təhlükəsizlik pozuntusuna görə məsuliyyət daşımaları ilə bağlı ittihamı qəbul edib.

Şirkətlər dünyanın müxtəlif ölkələrindən səfərdə iştirak edən turistlərin və personalın təhlükəsizliyini təmin etmək üçün kifayət etmədiklərini etiraf ediblər.

Hər bir şirkət üçün 927.000 dollara qədər və hər bir məsul şəxs üçün 300.000 dollara qədər cərimə ödəyəcək.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az