Keçmiş İsveç nazirdən etiraf kimi bəyanat

21:10 - 07 İyul 2023

Keçmiş İsveç nazirdən etiraf kimi bəyanat

İsveçin keçmiş xarici işlər naziri Ann Linde Türkiyənin terror hücumlarına ciddi şəkildə məruz qaldığını və digər ölkələrin bu vəziyyəti ciddiyə almadığını bəyan edib.

 

Manset.az CNN.com-a istinadən xəbər verir ki,  Ann Linde İsveç dövlət televiziyası SVT-nin ölkənin NATO-ya üzvlük prosesindən bəhs edən “Processen” sənədli filmində etirafa bənzər açıqlamalar verib:
 “Mən düşünürəm ki, Türkiyə terrordan çox, çox təsirlənir və digər ölkələr bunu ciddi qəbul etmirlər”.

Linde Türkiyənin terrorla bağlı çıxışında da “haqlı” olduğunu bildirib: " PKK-nın İsveçdən maliyyələşdiyi barədə də haqlıdırlar”,

Qeyd edək ki, Linde 2019-cu il sentyabrın 10-dan 2022-ci il oktyabrın 17-dək xarici işlər naziri vəzifəsində çalışıb. İsveç 2022-ci il mayın 18-də Lindenin nazirliyi dövründə NATO-ya üzvlük üçün müraciət edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az