İsveçin keçmiş xarici işlər naziri Ann Linde Türkiyənin terror hücumlarına ciddi şəkildə məruz qaldığını və digər ölkələrin bu vəziyyəti ciddiyə almadığını bəyan edib.
Manset.az CNN.com-a istinadən xəbər verir ki, Ann Linde İsveç dövlət televiziyası SVT-nin ölkənin NATO-ya üzvlük prosesindən bəhs edən “Processen” sənədli filmində etirafa bənzər açıqlamalar verib:
“Mən düşünürəm ki, Türkiyə terrordan çox, çox təsirlənir və digər ölkələr bunu ciddi qəbul etmirlər”.
Linde Türkiyənin terrorla bağlı çıxışında da “haqlı” olduğunu bildirib: " PKK-nın İsveçdən maliyyələşdiyi barədə də haqlıdırlar”,
Qeyd edək ki, Linde 2019-cu il sentyabrın 10-dan 2022-ci il oktyabrın 17-dək xarici işlər naziri vəzifəsində çalışıb. İsveç 2022-ci il mayın 18-də Lindenin nazirliyi dövründə NATO-ya üzvlük üçün müraciət edib.
Jalə
Manşet.az