Cəbhədə döyüşən Ukraynanın qadın əsgərləri - FOTO

21:47 - 07 İyul 2023

Cəbhədə döyüşən Ukraynanın qadın əsgərləri - FOTO

Ukrayna Silahlı Qüvvələrində təxminən 5 min qadın əsgər cəbhədə xidmət edir.

 

Manset.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazirliyin binasında qadınların yay sahə formasının təqdimat yığıncağı keçirilib.

Yığıncaqda Ukrayna müdafiə nazirinin müavini Denis Şarapov burada çıxışında bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrində 42 minə yaxın qadın əsgər var.

"Onlardan 5 minə yaxını cəbhədə iştirak edir və döyüşlərdə kişilərlə bərabər vəzifələrini yerinə yetirir. Ona görə də bizim vəzifəmiz onların hərbi xidmət keçmələri üçün əlverişli şərait yaratmaqdır"- Denis Şarapov deyib

Həmçinin Şarapov bildirib ki, qadın əsgərlər üçün formalar vacib komponentlərdən biridir.

Təqdimat toplantısında kişi və qadın hərbçilər də iştirak edib.

Jalə

Manset.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az