Müharibədə ölən dinc ukraynalıların sayı AÇIQLANDI

09:15 - 08 İyul 2023

Müharibədə ölən dinc ukraynalıların sayı AÇIQLANDI

2022-ci il fevralın 24-dən 2023-cü il iyunun 30-dək Ukraynada 9177 dinc sakin həlak olub, 15993 nəfər yaralanıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilib ki, Ukraynadakı münaqişə zamanı 1630 uşaq qurbanı qeydə alınıb. Onlardan 535 nəfər ölüb, 1095 nəfər yaralanıb.

Uşaqlar arasında ölənlərin sayının 57,2 faizini oğlanlar, 42,8 faizini isə qızlar təşkil edib.

Ümumiyyətlə, həlak olan dinc sakinlərin 61 faizi kişi, 39 faizi qadın olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az