Türkiyəli məşhur aktyor vəfat etdi

17:54 - 08 İyul 2023

Türkiyəli məşhur aktyor vəfat etdi

Türkiyəli məşhur aktyor və musiqiçi Özkan Uğur 69 yaşında vəfat edib.

Manset.az xəbər verir ki, bununla bağlı məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında bildirib.

Aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.

Bir müddət əvvəl, 69 yaşlı türkiyəli aktyorda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanmışdı.

Özkan Uğur bir zamanların məşhur "Cennet mahallesi" serialında "Beter Ali" obrazını canlandırıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az