Binəli Yıldırımın səhhəti ilə bağlı AÇIQLAMA

17:26 - 09 İyul 2023

Binəli Yıldırımın səhhəti ilə bağlı AÇIQLAMA

Bu gün Türkiyə mətbuatında hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın infarkt keçirməsi ilə bağlı iddialar yayılıb.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabından B. Yıldırımın səhhəti ilə əlaqədar açıqlama verib.

O, hazırda B.Yıldırımın səhhətində ciddi problem olmadığını bildirib:

"Hörmətli Binəli Yıldırımın səhhəti ilə bağlı bəzi mətbuat orqanlarında gedən xəbərlərlə bağlı açıqlamaya ehtiyac var idi. Dünəndən onun sağlamlıq müayinələri tamamlandı. Binəli Yıldırımın ciddi sağlamlıq problemi yoxdur. Ona can sağlığı arzu edirəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az