Rusiya Ukraynada məktəbi vurdu- Ölən və yaralananlar var

12:37 - 10 İyul 2023

Rusiya Ukraynada məktəbi vurdu- Ölən və yaralananlar var

Rusiya Ukraynanın Zaporojya şəhərinin cənubunda yerləşən Orixiv şəhərində, humanitar yardımların saxlandığı məktəbə hücum edib.

 

Manset.az xarici KİV-ə istinadla bildirir ki, Rusiya Ukraynanın Zaporojya şəhərinin cənubunda yerləşən Orixiv şəhərində yardım ləvazimatlarının saxlanıldığı məktəbə zərbələr endirib. Ukraynanın Fövqəladə Hallar Xidməti hücumda 4 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını 10-dan çox adamın dağıntılar altında qaldığı, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Həyatını itirənlərdən üçünün qadın olduğu açıqlanıb.

Yerli polisdən verilən açıqlamada isə bölgədə işlərin davam etdiyi qeyd edilərək "Mülki əhaliyə qarşı istifadə edilən sursatın növünü mühəndislər müəyyən edir. Polis əməkdaşları hərbi cinayətə dair sübutlar toplamağa davam edir"- bildirilib.

 

 Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az