ABŞ-da sel həyatı iflic etdi

16:00 - 10 İyul 2023

ABŞ-da sel həyatı iflic etdi

Güclü yağışlar ABŞ-ın ən böyük ştatlarında daşqınlara səbəb olub.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda sel suları nəticəsində bir nəfər ölüb. Çoxlu sayda ev və avtomobilə ziyan dəyib.

Polis ştatın bəzi hissələrini bağlayıb. Nyu-York qubernatoru fövqəladə vəziyyət elan edib. Bu yağıntının son əsrdə Nyu Yorkda düşən ən yüksək yağıntı olduğu düşünülür. Sel qonşu ştatları da vurub. Vermont ştatında magistral yolda həddindən artıq sürüşkən xəbərdarlıq edilib. Çoxlu nəqliyyat vasitələrinin yararsız hala düşüb.

Daşqından zərər çəkən digər ştat Pensilvaniyadır. Ştatın paytaxtı Filadelfiyanın səlahiyyətliləri də sürüşmə təhlükəsi barədə xəbərdarlıq ediblər. Oklahoma ştatında sellə yanaşı, tufan da təsirli olub. Ağaclar və elektrik dirəkləri yıxılıb, çoxlu əkin sahələrinə  ziyan dəyib. Kaliforniyanın cənubunda isə torpaq sürüşməsi baş verib. Ən azı 12 evə ziyan dəyib.

 

 Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az