Yaponiyada torpaq sürüşməsi - 6 nəfər öldü

14:42 - 11 İyul 2023

Yaponiyada torpaq sürüşməsi - 6 nəfər öldü

Güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri Yaponiyanın Kyuşu regionunda azı, altı nəfərin həyatına son qoyub.

 

Manset.az  xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin, üç nəfərin itkin düşüb, onların axtarışı davam edir. Regionda yaşayan on minlərlə insanın təhlükəli ərazilərdən təxliyə edilməsi barədə göstəriş verilib.

Yaponiyanın cənub-qərbində ötən həftənin sonlarında başlayan şiddətli yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələri ilə nəticələnib. NHK teleradio kompaniyası regiona rekord həcmdə yağıntının düşdüyü barədə məlumat yayıb.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az